Ordu.az xəbər verir ki, Simonyan bu barədə öz “Telegram” kanalında məlumat verib.
“Hörmətli həmvətənlər, nəzərinizə çatdırmaq istəyirəm ki, mən ilk növbədə “Joğovurd” qəzetini məhkəməyə vermək qərarına gəldim. Qəzet bu yaxınlarda bir nəşr dərc edib, guya mən Baltikyanı-Skandinaviya ölkələrinin parlamentlərinin yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşdə demişəm, sitat gətirirəm: “Rusiyanı əzmək, məğlub etmək və məhv etmək lazımdır, bu bizim və sizin ölkələriniz üçün yaxşı olar. Rusiyanın məhv edilməsi bizim üçün yaxşı perspektivlər açacaq”. Yeri gəlmişkən, onu da deyim ki, sözügedən media orqanı bir iş günü ərzində təkzib versə və materialı silsə, mən məhkəməyə müraciət etmək fikrindən imtina edəcəyəm. İkinci iddia artıq “Mediahab” xəbər agentliyinə qarşıdır”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az