ABŞ-də təyyarə qəzası nəticəsində ölənlərin sayı 30-u keçib - YENİLƏNİB

2025/01/1738231722.jpg
Oxunub: 2569     15:42     30 Yanvar 2025    
Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə xilasetmə işlərinin gedişatı ilə tanış olan iki mənbə “NBC Washington” telekanalına məlumat verib.

Məlumata görə, ölənlərin meyiti təyyarənin düşdüyü Potomak çayından çıxarılıb.

***

Hərbi helikopterlə toqquşan sərnişin təyyarəsinin düşdüyü Vaşinqtondakı çaydan 19 nəfərin meyiti çıxarılıb.

Ordu.az xəbər verir ki, bu barədə BNO News informasiya portalı məlumat verib.

***

“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.

“The Washington Post” yazıb ki, polis çaydan bir neçə cəsədi və dörd nəfəri sağ çıxarıb. “Reuters” isə bildirib ki, Vaşinqtonda təyyarə ilə toqquşan helikopterdə üç hərbçi olub.

Pentaqon rəhbəri Pit Heqset qurumun vəziyyəti fəal şəkildə izlədiyini və lazım gələrsə, yardım göstərməyə hazır olduğunu bildirib.

***

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.

Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin