Cənubi Kipr Yunanıstandan daha çox İsrailə güvəndiyini açıqlayıb

2025/01/1738142118.jpg
Oxunub: 469     12:00     30 Yanvar 2025    
Cənubi Kipr İsraildən asılılığını davam etdirir.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Cənubi Kiprin müdafiə naziri Vasilis Palmas İsrailin ölkəsindəki bazalardan istifadə etmək imtiyazına malik olacağını bildirib.

“Yunanlar bizim qardaşımız ola bilər, amma İsrail bizim qonşumuzdur. İsraillilər tamamilə bizim tərəfimizdədirlər. Onlar üç dəqiqəyə Kiprə gələ bilərlər”, - deyə o qeyd edib.

Palmas Yunanıstanın “RealNews” qəzetinə verdiyi müsahibədə Pafos şəhərində ABŞ tərəfindən təmir edilməsi planlaşdırılan “Andreas Papandreu” aviabazası və hazırda Mari (Tatlısu) bölgəsində inşası davam edən “Mari” dəniz bazası haqqında məlumat paylaşıb.

Palmas, sözügedən bazaların ABŞ, eləcə də Avropa İttifaqı, İsrail, Misir, İordaniya və Cənubi Kiprə dost olan digər ölkələrin istifadəsinə veriləcəyini qeyd edib, İsrailin Pafosdakı aviabazada imtiyaz sahibi olacağını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Kipr   Yunanıstan   İsrail  


Bizi "telegram"da izləyin