MQ-25 “Stingray” pilotsuz yanacaq doldurma təyyarəsi bu il uçacaq

2025/01/1738141930.jpg
Oxunub: 534     11:51     30 Yanvar 2025    
İnsansız texnologiyalar və aviadaşıyıcı gəmidən uçuş əməliyyatları ilə bağlı çətinliklərə baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) yeni təchizat təyyarəsini öz hava qanadına problemsiz şəkildə inteqrasiya etmək istəyir.

Ordu.az xəbər verir ki, bu barədə “Breaking Defense” nəşri məlumat yayıb.

ABŞ HDQ-nin baş əməliyyat aviasiya generalı yeni pilotsuz hava tankerinin bu il istifadəyə veriləcəyinə və 2026-cı ilə qədər aviadaşıyıcı gəmilərdə yerləşdiriləcəyinə əmin olduğunu deyib.

General bunu gələcək nəsil təyyarələr üçün yol açan əsas məqam kimi təsvir edib.

ABŞ HDQ-nin komandanı vitse-admiral Daniel Çeever qeyd edib ki, onlar MQ-25-i 2025-ci ildə uçuracaqlar: “Bu barədə məndən sitat gətirə bilərsiniz. Biz bu platformanı 2025-ci ildə istifadəyə verəcəyik və 2026-cı ildə onu aviadaşıyıcı gəmiyə yerləşdirib, inteqrasiya etməyə başlayacağıq”.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MQ-25   Stingray  


Bizi "telegram"da izləyin