Ordu.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin 2025-ci il büdcə sənədində dərc olunan məlumatlarda bildirilib.
Məlumata görə, ayrılan 245,25 milyon dollarlıq vəsait ilk istehsal partiyaları çərçivəsində raketlərin alınmasına sərf olunacaq.
Hazırda “Mogami” freqatları ilə yanaşı, “Akizuki”, “Asahi” və “Takanami” esminesləri və gələcək qabaqcıl “Mogami” layihəsi freqatları kimi digər gəmilərdə istifadə üçün “Type 23” raketləri alınır.
Yaponiya Müdafiə Nazirliyi 2025-ci il üçün vəsait ayırmaqla yanaşı, kütləvi raket tədarükü fondunun ilk ili olan 2024-cü ildə 167,25 milyon dollar dəyərində bu tip raketin alınmasını da maliyyələşdirib.
“Type 23” raketi modernləşdirilmiş “Type 03 Kai” sistemlərində istifadə edilən raketin quru əsaslı versiyasına əsaslanır.
Sevinc Əliyeva
Ordu.az