Yaponiya 23 ədəd MQ-9B PUA-sı satın alacaq

2025/01/1738132588.jpg
Oxunub: 561     13:21     30 Yanvar 2025    
Yaponiya Pilotsuz Uçuş Aparatı (PUA) almağa davam edir.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi “General Atomics Aeronautical Systems Inc” (GA-ASI) ilə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri (JMSDF) üçün uzaqdan idarə olunan MQ-9B “SeaGuardian” PUA-sının tədarükü üçün müqavilə imzalamağa çalışır.

Müdafiə Nazirliyinin sözçüsü “Janes”ə açıqlamasında deyib: “JMSDF 23 ədəd MQ-9B “SeaGuardian” almağı planlaşdırır”.

Sözçü bildirib ki, Müdafiə Nazirliyi 2025-ci maliyyə ilinə qədər GA-ASI ilə müqavilə imzalaya bilsə, MQ-9B “SeaGuardian”ların 2028-ci maliyyə ilində Yaponiya Müdafiə Nazirliyinə təhvil veriləcəyi gözlənilir.

GA-ASI 2024-cü ilin dekabr ayının əvvəlində “SeaGuardian”ın xidmətin uzun ömürlü PUA proqramı üçün JMSDF tərəfindən seçildiyini elan edib.

GA-ASI JMSDF-nin 2023-cü ilin may ayından “SeaGuardian”ı sınaqdan keçirdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   MQ-9B   PUA  


Bizi "telegram"da izləyin