F-35 döyüş təyyarələri sualtı kabelləri qoruyur

2025/01/1738048002.jpg
Oxunub: 608     17:34     30 Yanvar 2025    
Niderlandın F-35A döyüş təyyarələri NATO-nun “Baltic Sentry” missiyasında iştirak edir.

Ordu.az xəbər verir ki, NATO-nun Müttəfiq Qüvvələr Ali Qərargahı (SHAPE) Niderlandın 4 ədəd F-35A döyüş təyyarəsinin Baltik dənizində kritik sualtı infrastrukturun təhlükəsizliyini təmin etmək üçün başladılan “Baltic Sentry” missiyasında iştirak etdiyini təsdiqləyib.

Bu döyüş təyyarələri artıq NATO-nun Baltik Hava Polisliyi (Baltic Air Policing) missiyası çərçivəsində bölgədə yerləşdirilib.

Niderland Müdafiə Nazirliyi bu yaxınlarda Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus F-35-lərin “Baltic Sentry” missiyasına qatılan HNLMS “Tromp” (“De Zeven Provinciën” sinfinə məxsus freqat) və HNLMS “Luymes” (hidroqrafik tədqiqat gəmisi) üzərindən uçarkən çəkilmiş fotolarını yayımlayıb.

Bu təyyarələrin birbaşa “Baltic Sentry” missiyasına töhfə verdiyi ilk dəfə rəsmi şəkildə təsdiqlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   F-35A  


Bizi "telegram"da izləyin