Zelenski: "Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir"

2024/12/1734879528.jpg
Oxunub: 484     18:15     15 Yanvar 2025    
Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Zelenski Varşavada Polşanın baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib.

"Komandalarımız artıq gələcək görüşün məzmunu və formatı üzərində işləyir. Orada əsas məsələləri müzakirə edəcəyik", - o bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir. Bu gün strateji təminatlar bunlardır: Avropa İttifaqına (Aİ) və NATO-ya üzvlük; Ukrayna Silahlı Qüvvələrinin silahla təmin edilməsi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin