Ukraynada hərbi vəziyyət və səfərbərlik uzadılıb

2024/08/1723025209.jpg
Oxunub: 465     14:17     15 Yanvar 2025    
Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasını dəstəkləyib.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak məlumat verib.

Hərbi vəziyyətin uzadılmasının lehinə 315 deputat səs verib. Ümumi səfərbərliyin uzadılması isə 310 deputat tərəfindən dəstəklənib.

Qeyd edək ki, bu, Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında 14-cü qərardır. Hərbi vəziyyət və ümumi səfərbərlik 2025-ci il fevralın 8-dən mayın 9-dək qüvvədə olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Hərbi-vəziyyət  


Bizi "telegram"da izləyin