Belarus Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

2024/05/d6dcb-1715847099.jpg
Oxunub: 208     11:15     16 May 2024    
Azərbaycana dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

Ordu.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verdi.

Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Belarus  


Bizi "telegram"da izləyin