Ordu.az xəbər verir ki, anım günü münasibətilə hər iki rayonun İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər.
Bildirilib ki, qalib Azərbaycanın bugünkü inkişafı Ulu Öndər Heydər Əliyevin sarsılmaz iradəsi, qətiyyətli, fədakar əməyi, düşünülmüş və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir.
Qeyd edək ki, 12 dekabr Azərbaycanda Ulu Öndər Heydər Əliyevin anım günü kimi qeyd olunur.
Ordu.az