AZAL-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTOLAR

2023/12/505aa-1702389656.jpg
Oxunub: 6729     17:46     12 Dekabr 2023    
Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) kollektivi Ümummilli Lideri Heydər Əliyevin Anım Günündə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

Bu barədə Ordu.az-a AZAL-dan bildirilib.

Məlumata görə, AZAL rəhbərliyi və əməkdaşları dahi şəxsiyyətin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Müstəqil Azərbaycanın memarı, dövlət və siyasi xadim Heydər Əliyevin vəfatından 20 il ötür. Dahi şəxsiyyətin Anım Günü Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda hər il dekabrın 12-də qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: AZAL   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin