Ordu.az xəbər verir ki, otelin konfrans zalında keçirilən forumda Ukrayna Prezidenti Vladimir Zelenski, Ukraynanın müdafiə naziri Rüstəm Umerov, o cümlədən Türkiyə, ABŞ, Britaniya, Almaniya, Fransa, İsveç və digər ölkələrin rəsmiləri, müdafiə şirkətlərinin nümayəndələri iştirak ediblər.
Zelenski çıxışında bildirib ki, forumda 30-dan çox ölkədən 252 müdafiə şirkəti iştirak edib.
Ukrayna Prezidenti Ofisinin yaydığı məlumata görə, Zelenski Kiyevə gələn Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İsveç və Çexiyadan müdafiə şirkətlərinin nümayəndələri ilə görüşüb.
Sevinc Əliyeva
Ordu.az