“Bloomberg”: Türkiyə Ankaranı NATO sammiti öncəsi qalaya çevirir

2026/06/1780549726.jpg
Oxunub: 276     09:09     04 İyun 2026    
Türkiyə iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində paytaxt Ankara ətrafında görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 7-8-də NATO üzvü ölkələrin liderlərinin iştirak edəcəyi sammit zamanı Türkiyə hakimiyyəti yerli istehsal olan qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərini aktiv vəziyyətə gətirəcək.

Mənbələrin bildirdiyinə görə, həmçinin F-16 qırıcılarının döyüş hazırlığı səviyyəsi maksimum həddə qaldırılacaq.

Bundan əlavə, Ankara və ətraf ərazilərdə pilotsuz uçuş aparatları, eləcə də dronlara qarşı mübarizə sistemləri yerləşdiriləcək.

Təhlükəsizliyin təmin olunmasına hüquq-mühafizə və digər güc strukturlarının 40 mindən çox əməkdaşı cəlb ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ankara   NATO  


Bizi "telegram"da izləyin