Moldova azərbaycanlıları BMT-nin Kişineudakı nümayəndəliyi qarşısında aksiya keçiriblər - FOTOLAR

2023/09/jhaas-1695479474.jpg
Oxunub: 208     18:15     23 Sentyabr 2023    
Birləşmiş Millətlər Təşkilatının (BMT) Kişineu şəhərindəki nümayəndəliyi qarşısında Azərbaycan icmasının bir qrup üzvünün dinc aksiyası keçirilib.

Ordu.az xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın mina terrorizminə etiraz edilib.

Azərbaycan və Moldova bayraqlarını dalğalandıran aksiya iştirakçıları öz etirazlarını “Ermənistan, torpaqlarımızı minalama!”, “Erməni terrorizmi minalarla davam edir”, “Erməni terrorizminə son!”, “Mina basdırma, ağac ək!” şüarları nümayiş etdiriblər.

Aksiyanın sonunda rəsmi İrəvandan dəqiq mina xəritələrini Azərbaycana təhvil verməsinin, həmçinin Cənubi Qafqaz bölgəsində davamlı sülhün və sabitliyin bərqərar olmasını istəyən Azərbaycanla sülh müqaviləsi imzalaması tələblərinin əks olunduğu bəyanat BMT-nin Moldovadakı nümayəndəliyinə təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Moldova   Azərbaycanlıları  


Bizi "telegram"da izləyin