Türkiyə səfiri ermənilərin təxribatı nəticəsində həlak olan polis serjantının yas mərasimində iştirak edib - FOTOLAR

2023/09/4aa31-1695380881.jpg
Oxunub: 193     14:53     22 Sentyabr 2023    
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “X”də yazıb.

Səfir mərhumun atasına, qardaşlarına, yaxınlarına və silah yoldaşlarına başsağlığı veridyini bildirib.

“Allah rəhmət eləsin, məkanı cənnət olsun. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı”, - deyə diplomat qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin