DSX: Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTOLAR)

2021/10/16219-1633936536.jpg
Oxunub: 24317     16:25     11 Sentyabr 2023    
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram 670 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sentyabr ayının 8-də saat 10:55-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 970 qram narkotik vasitənin (430 qram tiryək, 540 qram heroin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Sentyabr ayının 9-da saat 15:35-də “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram 700 qram narkotik vasitənin marixuananın İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Azərbaycan   İran  


Bizi "telegram"da izləyin