“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi keçirilib - FOTOLAR

2023/03/5c705-1679559601.jpg
Oxunub: 2132     12:12     23 Mart 2023    
Cari ilin hazırlıq planına əsasən "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində “Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” adı uğrunda müsabiqə keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərlərinin pedoqoji vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçularla ideoloji işin düzgün aparılması qaydalarının qrup rəhbərlərinə öyrədilməsi məqsədilə keçirilən müsabiqədə əsas diqqət hərbi kollektivlərdə döyüş əzminin daim yüksək səviyyədə saxlanılması, o cümlədən xalqa, dövlətə, Ali Baş Komandana və Hərbi anda sədaqətin şəxsi heyətə aşılanması, ictimai-siyasi hazırlıq sahəsində qabaqcıl təcrübənin təbliğinə yönəldilib.

Birinci mərhələ üzrə mükafatlandırılan qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək müsabiqədə iştirak edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Ordu   Müsabiqə  


Bizi "telegram"da izləyin