Bu barədə
Ordu.az-a DSX-dən məlumat verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Bayram tədbirində çıxış edənlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carşısı olduğunu qeyd ediblər.
Keçirilən tədbirlərdə Xətai və Xəzər rayon “Mədəniyyət mərkəzinin” özfəaliyyət dərnəyinin kollektivi ilə birlikdə kursantlar, şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları və keçirilən yarışların qalibləri fəxri fərman və diplomlarla təltifləndiriliblər.
Ordu.az