“Sərhədçi” Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib - VİDEO+FOTOLAR

2023/03/33396-1679159812.jpg
Oxunub: 558     20:59     18 Mart 2023    
Mart ayının 18-də Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzində xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz bayramı münasibətilə tədbir keçirilib.

Bu barədə Ordu.az-a DSX-dən məlumat verilib.


Tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyindəki əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış konsert proqramı təqdim edilib.

Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestri, “NUR” vokal-instrumental ansamblının solistləri Azərbaycan və əcnəbi bəstəkarların musiqi əsərlərini, xalq mahnılarını ifa edib, mədəniyyət mərkəzinin rəqs qrupu milli rəqslərimizdən ibarət maraqlı repertuarla çıxış edib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Sərhədçi” Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi ilə görüşmüş, onlara fəaliyyətlərində nailiyyətlər arzulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: DSX   Tədbir  


Bizi "telegram"da izləyin