Həyatın demək olar ki, hər bir sahəsində mərkəzi rol oynayan informasiya və kommunikasiya texnologiyaları təmin etdiyi geniş imkanlarla yanaşı, təhlükəsizlik riskləri də gətirir. 1990-cı illərdən etibarən dövlətlər müharibənin beşinci ölçüsü hesab edilən kibertəhlükəsizliyin verdiyi imkanları öz hərbi potensiallarını inkişaf etdirmək üçün yeni fürsət kimi görürlər.
Bu istiqamətdə beynəlxalq sistemdə qlobal və regional güc mövqeyində olan bir çox dövlətlər və hətta beynəlxalq təşkilatlar kibermüdafiə və hücum imkanlarını artırmaq üçün kibertəhlükəsizlik strategiyaları irəli sürməyə başlayıblar.
Məlumdur ki, sistemlər, silahlar və qurumlar rəqəmsallaşdıqca kibertəhlükələrə qarşı daha həssas olurlar. Buna görə də, bu gün kibertəhlükəsizlik müxtəlif qurumların, sektorların və maraqlı tərəflərin məsuliyyətləri ilə kəsişən çoxölçülü, strateji və “bütöv” məsələyə çevrilib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Texnologiya
Hərbi