Ordu.az xəbər verir ki, bunu Ermənistan “Milli Gündəlik” partiyasının həmtəsisçisi və şura üzvü Avetik Çalabyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, əgər Ermənistan gec-tez kürdlərin vəziyyətinə düşmək istəmirsə, özünə bir neçə vacib sualı verməlidir:
- Niyə bəzi insanlar daim iddia edirlər ki, Gümrüdəki rus hərbi bazasını Ermənistandan çıxarmaq lazımdır və hətta onun yerində yaranmış boşluğu kimin doldurmalı olduğunu izah etmirlər (xatırladım ki, 1918-1921-ci illərdə Türkiyə iki dəfə doldurub).
- Niyə bu insanlar qürurla iddia edirlər ki, bizə hərbi büdcəni artırmaq lazım deyil, çünki biz artıq 4 qırıcı təyyarəsi alırıq. Unudurlar ki, Azərbaycanın buna yaxın sistemdə artıq 16 qırıcısı var, Türkiyə isə ümumilikdə bu sistemin 240 təyyarəsinə malikdir.
- Niyə bu insanlar iddia edirlər ki, Qarabağ döyüşlərində mübarizə aparmış və bu müharibədə qələbə qazanmış “qəhrəman”lar bu gün sui-qəsdçi və xainlərdir.
Əgər bu sualların cavablarını tapmasaz, düşünün ki, bəlkə də bütün bunlar sabah kürdlərin yerini bizim dolurmağımız üçün edilir.
Alpər Mövludoğlu
Ordu.az