Balasanyan: “Petrosyan bizdən Kəlbəcər və Ağdamı tərk etməyimizi tələb edirdi”

2019/10/vital-1571221921.jpg
Oxunub: 1149     14:31     16 Oktyabr 2019    
“Ermənistan hakimiyyəti Qarabağ məsələsində birinci prezident Levon Ter-Petrosyanın siyasətini davam etdirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu qondarma qurumun “təhlükəsizlik şurasının sabiq rəhbəri” Vitali Balasanyan mətbuat konfransı zamanı bildirib.

Balasanyanın sözlərinə görə, Levon Ter-Petrosyanın planı Dağlıq Qarabağa Azərbaycanın daxilində geniş muxtariyyət və status vermək idi və bu günə qədər Ter-Petrosyan bu yanaşmasından imtina etməyib.

O, Ağdamdakı döyüşlərdən bir epizod xatırladıb: “Ermənistanın siyasi hakimiyyəti Levon Ter-Petrosyanın timsalında, biz atəş nöqtələri açaraq Ermənistanla quru əlaqəsi yaratmağa başlayanda həmişə bunun əleyhinə olub. Mən rəsmi və məsuliyyətli bir açıqlama verirəm. Sonra, Kəlbəcərin rayon mərkəzini tutduqda, 1993-cü ildə keçirilən məlum Gorus görüşünə, Qarabağın (qondarma qurumun – red.) “Ali Şurasının katibi” Qeorgi Petrosyan da dəvət edildi. Petrosyan həmin görüşdə qoşunlarımızın Kəlbəcəri tərk etməsi barədə sənəd imzalamağa dəvət edilib. Qarabağ tərəfi bunun əleyhinə çıxış edib və heç bir sənəd imzalamayıb. İndi yüksək səslə, Levon Ter-Petrosyanın xəbəri olmadan bu əraziləri necə tutduğumuzu deyirəm. Bu suala qoy Levon Ter-Petrosyan cavab versin”, - deyə Balasanyan bildirib.

Balasanyanın dediyinə görə, onlar atəş nöqtələrini susdurmaq və Ağdamı ələ keçirmək kimi qarşılarına bir vəzifə qoymuşdular.

“Levon Ter-Petrosyan, Ermənistanın siyasi hakimiyyəti bizim bu qərarımıza qarşı çıxdı. Beləliklə, bu hücumu başladıqda, Levon Ter-Petrosyanın nümayəndəsinin bu əməliyyatdan bizi çəkindirmək üçün göndərildiyi barədə xəbər aldıq. Amma Qarabağın “hərbi-siyasi orqanları”nın qərarı bir an əvvəl Ağdam ərazisini tutmaqdan ibarət idi, mən də komandir idim. Bu əməliyyata iyulun 22-si axşamı başladıq. Və gecə saat 3-də bizə yenidən bu əməliyyatı dayandırmağımızı bildirdilər. Dayanmadıq, bu Qarabağın (qondarma qurum-red.) qərarı idi. Biz Ağdam şəhərini tutduq”, - deyə Balasanyan bildirib.

Onun sözlərinə görə, demək olar ki, bir həftə boyunca hər gün Ermənistan hakimiyyəti tərəfindən Ağdamın bir an öncə tərk edilməsi barədə qərarlar daxil olub. Balasanyan şəxsən bunun əleyhinə olduğunu və bu əmri yerinə yetirmədiyini söyləyib.

“Bir həftə sonra Babken Ararktsyan və Vano Siradeğyan birlikdə Ağdama gəlir. Hər ikisi sağdır, soruşa bilərsiniz. Bütün batalyon komandirlərimin olduğu Ağdamdakı qərargahıma gəliblər. Mən bu insanları qərargahımızda gördüm, məsələ Ermənistanın siyasi hakimiyyətinin Ağdamı tərk etmək barədə qərar qəbul etməsindən ibarət idi. Bu sərt danışığı təkrarlamaq istəmirəm, dedim ki, bu hüquqi baxımdan bizim tarixi mülkiyyətimiz hesab olunur. İndi siz Ter-Petrosyan, Babken Ararktsyan və Vano Siradeğyandan soruşun”, - deyə Balasanyan əlavə edib.

O, Paşinyanın Ermənistanı məhvə apardığına əmindir və iddia edir ki, qondarma qurumun bilmədiyi heç bir sənəd heç vaxt mövcud olmayıb.

Balasanyan Ermənistan hakimiyyətinin hazırkı siyasətinin Ter-Petrosyanın irəli sürdüyü “Sergo can, Qarabağdan vaz keçməyincə yaxşı yaşamayacağıq” tezisinin davamıçısı və tərəfdarı olduğunu bildirib.

“Qarabağ “rəhbərliyi”nə (qondarma qurum-red.) yeni sənədlər təhvil verdiyini söylədikləri köhnə sənədlər ola bilər. Paşinyan heç vaxt yeni sənəd təqdim etməyib. Paşinyanın hansısa bir yanaşma təqdim etdiyi həqiqət deyil, belə bir yanaşma , belə bir baxış yoxdur, bu yanaşma Levon Ter-Petrosyanın zaman-zaman dövriyyəyə buraxdığı sənədlərdir. Bu, dərin inamıma görə, Qarabağın Azərbaycan Respublikası daxilindəki geniş muxtariyyətidir. Paşinyan da belə bir siyasət aparır”, - deyə Balasanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Balasanyan   Petrosyan  

Balasanyan: “Petrosyan bizdən Kəlbəcər və Ağdamı tərk etməyimizi tələb edirdi”

2019/10/vital-1571221921.jpg
Oxunub: 1150     14:31     16 Oktyabr 2019    