Ordu.az erməni Kİv-lərinə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun "təhlükəsizlik şurasının sabiq rəhbəri" Vitali Valasanyan işğal altında olan Xankəndində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Paşinyan olduqca pis səhv edib və bu, siyasətdə normal deyil, çox təhlükəlidir.
"Əminəm ki, Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında razılaşma var. Belə ki, Paşinyan bəyanat versin və qondarma qurum danışıqlar prosesinə qayıtmasın", - deyə Balasanyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az