Rusiyalı ekspert: “Qarabağda münaqişənin yenidən başlaması ehtimalı var”

2019/10/19163-1570000370.jpg
Oxunub: 31192     12:21     14 Oktyabr 2019    
“Türkiyənin Suriyadakı əməliyyatı Ermənistan üçün dolayı yolla böyük təhlükələr yaradır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus hərbi ekspert Pavel Felqenqauer Türkiyənin Suriyadakı əməliyyatlarının Ermənistana “təhlükə” yaratması məsələsinə toxunarkən qeyd edib.


Felqenqauer bildirib ki, hərbi baxımdan Türkiyənin əməliyyatı məsələsində hər şey anlaşılandır.

“Türklərin müasir NATO ağır artilleriyaları, alman tankları, ABŞ F-16 bombardmançıları var. Terrorçuların cavab verə biləcəyi, müqavimət göstərə biləcəyi heç nəyi yoxdur”, - deyə o qeyd edib.

Ekspert, həmçinin qeyd edib ki, son zamanlar Qarabağda da gərginlik var.

“Oradakı vəziyyət bu cürdür ki, münaqişənin yenidən başlaması ehtimalı var. Regionda vəziyyətin gərginləşməsi müharibənin yenidən başlamasına töhfə verir. Türkiyənin terrorçulara qarşı apardığı kampaniya birbaşa ermənilərə təsir etmir, lakin Moskva və Ankara arasında növbəti nəticə olsa, o zaman Ermənistan bu fernentasiyaya düşə bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Türkiyə   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin