Düşmənin Madagizdəki hərbi hissəsində zorakılıq davam edir – DETALLAR

2018/07/4_1533035182.png
Oxunub: 481     12:54     15 Avqust 2019    
İşğal altında olan Madagizdəki hərbi hissədə qulluq etmiş və mütəmadi olaraq zorakılıqlara məruz qalmış erməni hərbi qulluqçunun Ararat vilayət sakini, çavuş “A” oluğu məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iyul ayının sonlarında tərxis edilən erməni hərbi qulluqçunu 4 nəfər zabit yerə yıxaraq qəddarcasına döyüb.

Buna səbəb, zabitlər tərəfindən çavuşun əlində siqaret yaxalanmasıdır. O, siqaret çəkmə otağına daxil olmağa macal tapmayıb. Erməni çavuş özünə haqq qazandırmağa çalışarkən, valideynlərini sıranın qarşısına gətirərək utandıracaqları ilə təhdid ediblər. Onun valideynlərini müdafiə etməyə cəhd etməsini, zabitlər bağışlamayıb və onu qəddarcasına döyüblər.

“Bir nəfər şahidin ifadəsi həlledici ola bilər, lakin əsgərlər danışmağa qorxur. 4 hərbi qulluqçu, döyülən çavuşun işini araşdıran müstəntiqlərə hadisənin necə baş verdiyini bildirib. Lakin sonradan hərbi hissə komandiri Gözəlyanın və digər zabitlərin təsiri altında, həmin hərbi qulluqçular ifadələrini dəyişiblər. Həmin əsgərlər təzyiq altında bildiriblər ki, döyülən çavuş da rəislərə zərbə endirib. Buna görə də çavuş “A”ya qarşı da ittiham irəli sürülüb”, - deyə erməni KİV-ləri yazır.

Cinayət işi fevral ayının 10-da açılıb və çavuş “A” zərərçəkən yox, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Cinayət işi qarşılıqlı zorakılıq hərəkətlərinə görə açılıb.

Ermənistan Baş prokurorun müşaviri Qor Abrahamyan istintaq zərurəti ilə bağlı digər məlumatları açıqlaya bilməyəcəyini deyib. CM-nin müvafiq maddələri üzrə təqsirləndirilən şəxs qismində 5 nəfər cəlb edilib. Erməni mayor Erik Xamperyandan başqa, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Madagizdəki 33651 nömrəli hərbi hissənin zabitləri, Qarnik Xaçatryan, Harutyun Minasyan və Albert Xaçatryanın da adı hallanır. Ermənistan Müdafiə Nazirliyi isə adlarının dəqiqləşdirilməsindən imtina edir.

“Madagizdəki hərbi hissədə cinayətkarlıq cığırı, hüquq mühafizə orqanları və Müdafiə Nazirliyinin himayəsindən istifadə edərək cəzasız qalan cinayətkar qrupun formalaşdırdığı mövqedə qalmaqda davam edir.

P.S. Keçən dəfə yayılan məlumatdan sonra Müdafiə Nazirliyi jurnalistlərin Madagizdəki hərbi hissəyə nümayiş səfərini təşkil edib. Səfərdən əvvəl ərazini təmizləyib, parladıblar. Müddətli xidmət hərbi qulluqçuları ilə ağızlarını bağlı saxlamağa dair xüsusi izahedici iş aparıblar. Keçən dəfə yayılan məlumatın qəhramanı, əsgərləri alçaltmaqla cəza verməyi sevən qərargah rəisinin müavini Artur Fahradyanı, jurnalistlərin gözünə dəyməməsi üçün bir neçə günlük məzuniyyətlə ərazidən uzaqlaşdırıblar. Jurnalistləri, taborun qərargah rəisi Erik Xamperyn müşayiət edib”, - deyə erməni KİV-ləri qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Düşmənin Madagizdəki hərbi hissəsində zorakılıq davam edir – DETALLAR

2018/07/4_1533035182.png
Oxunub: 484     12:54     15 Avqust 2019    