ABŞ ANAMA-ya minaaxtaran itlər hədiyyə edib

2019/06/945cf-1559403561.jpg
Oxunub: 24003     17:41     01 İyun 2019    
ABŞ-ın Dövlət Departamentinin dəstəyi ilə Amerikanın Marşal İrsi İnstitutu (“Marshall Legacy Institute” – MLI) ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasındakı əməkdaşlıq çərçivəsində MLI Azərbaycanda aparılan minatəmizləmə proqramına minaaxtaran itlərin hədiyyə edilməsi ilə dəstək verməkdədir.

Agentlikdən Ordu.az-a verilən məlumata görə, 2005-ci ildən bu günədək MLI 31 baş minaaxtaran iti ANAMA-ya pay verib. Cari ilin 29 may tarixində əlavə 4 baş Belçika ovçarkası (Malinua) ölkəyə gətirilib. Hazırda minaaxtaran itlər ANAMA-nın Füzuli rayonunda yerləşən minaaxtaran itlər təlim mərkəzində saxlanılır.

Beləliklə, Agentlikdə 52 minaaxtaran it mövcuddur ki, onlardan 38-i əməliyyatlarda iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ANAMA  


Bizi "telegram"da izləyin