“Baş verən siyasi aksiyalarda hərbi qulluqçuların iştirak etməsi mənfi haldır” - Tonoyan

2019/05/IMG_2-1559203352.jpg
Oxunub: 10786     13:50     30 May 2019    
“Nümayişlərdə iştirak edən sülhməramlılar cəzalandırılmayıblar, lakin hadisə qəbulolunmazdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının komandiri polkovnik Artak Tonoyan deyib.

Onun sözlərinə görə, keçən il sülhməramlıların nümayişlərdə iştirakı hərbi qulluqçulara yaraşmayan hərəkətdir.

“Həmin dövr nəzərə alınaraq, nümayişlərdə iştirak edən şəxsi heyət cəzalandırılmadan yayınıb. Lakin baş verən siyasi aksiyalarda hərbi qulluqçuların iştirak etməsi mənfi haldır. Bundan sonra belə hallara yol verilməməsinə çalışmalıyıq”, - deyə erməni komandir məyusluğunu ifadə edib.

O, həmçinin hazırda Ermənistanın 200 hərbi qulluqçusunun ölkə sərhədlərindən kənarda qulluq etdiyini də qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Etiraz   Ermənistan-ordusu  


Bizi "telegram"da izləyin