Qarabağdan gətirilən hərbçilərə Ermənistan MN-in geyimləri verilib – “1 Mart” gizlinləri

2019/05/news_-1558597328.jpg
Oxunub: 1150     14:47     23 May 2019    
“1 Mart” hadisələri üzrə cinayət işinin icraatı hakim Davit Qriqoryan tərəfindən dayandırılaraq, Konstitusiya məhkməsinə göndərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu qərarın hüquqi əsaslandırmasından başqa maraqlı məqamlarının da olduğu qeyd edilir.

İttihamda, işğal altında olan Qarabağdan Ermənistana əsgərlər gətirildiyi faktlarla göstərilib. Qeyd edilir ki, Qarabağdakı qanunsuz hərbi birləşmənin 1000 nəfərədək müqaviləli hərbi qulluqçuları və zabitlərindən ibarət ümumi toplanmış taboru İrəvana gətirilib.

İttihamda, seçkilərin nəticələrinin qanunsuz hesab edilərək, ləğv edilməsi tələbi ilə mitinq keçirildiyi qeyd olunur. Həmçinin 2008-ci il fevralın 23-də olan vəziyyətə görə, dinc xarakter daşıyan mitinqin keçilidiyi bir şəraitdə məlum 0038 nömrəli əmrlə göstəriş verilib ki, təyin olunmuş bölmələrə sursat çatdırılsın, şəxsi heyət isə dəbilqə və zirehli jiletlərlə təmin edilsin.

Qeyd edilən qüvvə və vasitələrin 2008-ci il fevralın 24-də saat 11:00-da İrəvan qarnizon rəisinin tabeliyinə keçməsi üçün vaxt müəyyən edildiyi bildirilir. Məlumata görə, hərbi polisə gələn qüvvələrin təyinat yerinə çatmasını təmin etmək tapşırılıb.

Ermənistan Silahlı Qüvvələrinin 2-ci ordu korpusundan 111 müqaviləli hərbi qulluqçunun İrəvan yaxınlığındakı artilleriya briqadasına yerləşdirildiyi, fevralın 28-də isə İrəvandakı küçələrdən birinə çıxarıldığı məlum olub.

Başqa korpuslardan da, o cümlədən Qarabağdan 1000 nəfərədək müqaviləli hərbi qulluqçu və zabit heyətindən ibarət tabor gətirilib. Qeyd edilən hərbçilərin bir hissəsi hökümət binasında, digər hissəsi mərkəzi çağırış məntəqəsində yerləşdirilib. Onlar, İrəvan şəhərində yerləşdirildikdən sonra Qarabağdan gələn hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin hərbi geyimi ilə təmin edilib. Nəqliyyat vasitələrinin ՊԲ (“müdafiə ordusu”) nömrələri ՊՆ (Müdafiə Nazirliyi) nömrələri ilə əvəz edilməklə bu qüvvələrin qanunsuz cəlb edilməsi faktı gizlədilib.

Bundan başqa qondarma qurumun “milli təhlükəsizlik xidmətinin xüsusi təyinatlı dəstəsi”nin 20-dək hərbi qulluqçusu Hrazdan otelində yerləşdirilib.

Qeyd edilən bölmələr döyüş sursatı və müxtəlif silahlarla təchiz ediliblər. Martın 1-də qətlə yetirilən 10 nəfərin hüquqi varislərinin nümayəndəsi vəkil Vahe Qriqoryan mayın 13-də Robert Köçəryanla bağlı iclasdan sonra bəyan edib ki, 2008-ci ilin mart 1-dən bir neçə gün əvvəl İrəvana, sıralarında yalnız hərbi qulluqçular olmayan 2000 min nəfərədək qoşun gətirilib. Onun fikrincə, onlar öldürücü qüvvə tətbiq ediblər və Köçəryan bu barədə bilməli idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   1-Mart   Qarabağ  

Qarabağdan gətirilən hərbçilərə Ermənistan MN-in geyimləri verilib – “1 Mart” gizlinləri

2019/05/news_-1558597328.jpg
Oxunub: 1151     14:47     23 May 2019    