Məmmədyarov Fransanı Qarabağ danışıqlarının hazırkı vəziyyəti barədə məlumatlandırıb

2019/05/23423-1558085140.jpg
Oxunub: 528     13:24     17 May 2019    
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etiyen ilə görüşüb.

XİN-dən Ordu.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların cari vəziyyəti haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı tərəflər beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: XİN   Fransa   Qarabağ  

Məmmədyarov Fransanı Qarabağ danışıqlarının hazırkı vəziyyəti barədə məlumatlandırıb

2019/05/23423-1558085140.jpg
Oxunub: 529     13:24     17 May 2019    