Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri bunu ehtiyatda olan general-mayor, Ermənistan ictimai şurasının üzvü, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan işğal altında olan Xankəndində jurnalistlərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, həmin dövrdə qüvvələr nisbəti qeyri-bərabər olub: “Müdafiə nazirinin məlum bəyanatını səhv hesab edirəm. Bu siyasətçilərin işidir, Müdafiə naziri sadəcə əmrləri icra etməlidir. Bütün erməni xalqı buna hazır olmalıdır, lakin Müdafiə naziri bu məsələdə tələsib. Diplomatik cəbhədə bu iş olduqca zəif aparılır. Ermənilər heç vaxt sülh şəraiti görməyib, bu açıqlamanı isə anlamayıblar. Daim müharibəyə hazır olmalıyıq.
Tonoyanın müharibə vaxtı dezertir olması barədə Samvel Babayanın açıqlamasına gəldikdə isə Tadevosyan açıqlama verməkdən yayınıb.
Alpər Mövludoğlu
Ordu.az