Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan ABŞ-da “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib.
Onun sözlərinə görə, o, əsl mahiyyəti yalnız Azərbaycan qadınlarına müraciət etməkdən ibarət olmayan “Qadınlar sülh naminə” təşəbbüsü barədə danışır.
"Azərbaycan qadınlarına yox, Qarabağ münaqişəsinə cəlb edilən bütün ölkələrə, tərəflərə və vasitəçilik həyata keçirən ölkələrə müraciət edirik", - deyə o qeyd edib.
Hakopyan, Ermənistanın çoxsaylı itkilərinin olmasına baxmayaraq, bu itkilərin heç bir şeyi dəyişdirmədiyini ifadə edib: "Çünki itkilərimiz bizi bir santimetr belə münaqişənin həllinə yaxınlaşdırmayıb. Düşmənçilik mühitində sülh yaradıla bilməz".
Alpər Mövludoğlu
Ordu.az