"Sasna Tsrer" Qarabağda "B" planına keçməyə qərar verib: Fors-major vəziyyətinə kim qoşulacaq?

2019/04/23423-1554468734.jpg
Oxunub: 12955     20:50     05 Aprel 2019    
"Sasna Tsrer" təşkilatı işğal altında olan Qarabağda "B" planına keçməyi qərar alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda təşkilatın çox da böyük olmayan, lakin sabit tərəfdarlarının əksəriyyəti Ermənistandadır, Qarabağda isə tərəfdar kütləsi formalaşdırmaq mümkün olmayıb.

Məlumata görə, təşkilat zərurət yaranarsa, fors-major vəziyyətində nə qədər kütləyə malik olub-olmadığını ölçmək niyyətindədir.

"Sasna Tsrer"in üzvlərinə görə, ötən il Ermənistanda baş vermiş inqilab ilk növbədə Post-Patrul Xidməti Alayının tutulması və nəticədə hakimiyyətin müqavimətinin zəifləməsi sayəsində olub.

Buna görə də, hazırda təşkilatda düşünürlər ki, əgər gələcəkdə Qarabağda söz sahibi olsalar, Ermənistandan fərqli olaraq heç kim onlardan üstün olmağa qadir ola bilməsin.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasna-Tsrer   Qarabağ  


Bizi "telegram"da izləyin