Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyətinin iştirakı hərbi texniki əməkdaşlıq haqqında erməni-rus hökumətlərarası komissiyanın iclasının protokolları əsasında baş tutacaq.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 1-3 aprel tarixlərində Moskvada Rusiya Federasiyasının hərbi texniki əməkdaşlıq üzrə federal danışıqları keçiriləcək.
Ermənistan MN-dən yayılan məlumata görə, nazirliyin nümayəndə heyəti hərbi texniki əməkdaşlıq haqqında erməni-rus hökumətlərarası komissiyanın iclasının protokolları əsasında Moskvada RF-nin hərbi texniki əməkdaşlıq üzrə federal xidmətində keçiriləcək danışıqlarda iştirak edəcək.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Rusiya