“Daha bir müharibə nəticəsində kapitulyasiya baş verə bilər” - Xramçixin

2019/04/Xramc-1554190199.jpg
Oxunub: 6104     11:29     02 Aprel 2019    
“Hərbi ritorikanın bu dərəcədə kəskinləşməsi o deməkdir ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən danışıqlarda heç bir razılıq əldə edilməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Moskvanın siyasi və hərbi araşdırmalar mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin Ermənistan Müdafiə naziri Davit Tonoyanın bəyanatlarını şərh edərkən deyib.

Xramçixin bunu təbii hesab etdiyini, hər iki rəhbərin mövqelərinin təmamilə bir-birinə ziddiyət təşkil etdiyi halda, münaqişənin nizamlanması sahəsində hansı razılıq və ya güzəştlər əldə edilə, nə barədə danışıqlar aprıla biləcəyini anlamadığını dəfərlərlə qeyd etdiyini xatırladıb.

O, bu görüşün çox müzakirə edilməsinə baxmayaraq, əvvəlcədən də heç bir gözləntisinin olmadığını bildirib.

“Bəyanatlardan da məlum olduğu kimi müsbət nəticələr əldə edilməsinə əsas yox idi. Artıq göründüyü kimi növbəti dəfə heç bir şey əldə edilməyib, nəticədə erməni tərəfinin hərbi ritorikasında dəyişiklik baş verib”, - deyə Xramçixin qeyd edib.

Onun fikrincə, müharibə olmadan bu münaqişəni həll etmək mümkün deyil. O, yalnız müharibənin nə vaxt olacağını deməyə çətinlik çəkir, lakin bu müharibədən yayınmağın qeyri-mümkün olduğunu vurğulayır.

“Tərəflərin mövqeləri bir-birinə ziddiyət təşkil edirsə, belə halda münaqişənin həlli üçün vacib olan güzəştlərdən danışmaq olmaz. Belə olan təqdirdə yalnız tərəflərdən birinin sözsüz kapitulyasiyasından danışmaq mümkündür”, - deyə o vurğulayıb.
Hərbi ekspert, buna görə də hansı tərəfin və niyə kapitulyasiyaya gedəcəyini bilmədiyini qeyd edib. O düşünür ki, kapitulyasiya yalnız daha bir müharibə nəticəsində baş verə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin