Füzulidə Zəhra və nənəsinin xatirə abidəsinin açılışı olub

2019/04/56756-1554121790.jpg
Oxunub: 22517     16:22     01 Aprel 2019    
Füzuli rayonunda ermənilərin açdığı atəş nəticəsində həlak olan iki yaşlı Zəhra və nənəsinin xatirə abidəsi və parkın açılışı olub.

Tədbirdə Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının rəhbərliyi, N saylı hərbi hissənin zabit və əsgər heyəti, həmçinin Alxanlı kəndinin sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Zəhra və nənəsinin xatirəsi yad edilib, ermənilərin törətdiyi vəhşiliklərdən söhbət açılıb.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar (Report).

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fizuli   Zəhra   Tədbir  


Bizi "telegram"da izləyin