Ölən erməni əsgərin məhkəmə tibbi ekspertizasının nəticələri gizlədilir? – DETALLAR

2019/04/76876-1554108636.jpg
Oxunub: 21373     20:47     01 Aprel 2019    
Bu il yanvarın 1-də odlu silah yarasından ölən Ermənistan Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçusu Edqar Qriqoryanın məhkəmə tibbi ekspertizasının nəticələri 3 aydır verilmir.

Ordu.az xəbər verir ki, bu barədə news.am saytına verdiyi müsahibəsində ölən hərbi qulluqçunun anası Alina Sarkisyan danışıb.

O bildirib ki, ona verilən məlumata görə, Sünik vilayətində cəmi bir hərbi tibbi ekspertiza həkimi var, onun da işləri çox olduğuna görə çatdıra bilmir. Alina Sarkisyan səbirsizliklə nəticələri gözlədiyini qeyd edib.

Alina, oğlunun intihar etməsi versiyasını qətiyyətlə inkar edir. İndiyədək oğlunun qətli ilə bağlı heç kimin həbs edilmədiyinə görə də təəccübləndiyini qeyd edib. Hüquq mühafizə orqanlarından bildirilib ki, bunun üçün sübutlar yoxdur. Ancaq anası şübhələndiyi bir neçə nəfərin olduğunu, buna baxmayaraq əlində sübutunun olmadığını söyləyir.

İstintaq orqanları isə araşdırma aparmır. Həmçinin atasının ölümündən sonra 3 azyaşlı övladına verilməli olan təqaüd məsələsinin də həll edilmədiyini qeyd edən erməni əsgər anası, ailəsində heç kimin işləmədiyini, nəvələrini necə saxlayacağını bilmədiyini vurğulayıb. Ona bildirilib ki, hərbi bileti Gorus komissarlığından qaytarıldıqdan sonra məsələ həll ediləcək, lakin bu günə qədər məsələnin həllinin süni şəkildə uzadıldığını qeyd edir.

Alina Sarkisyan Meğri şəhərində yaşadığına görə İrəvana getməkdə çətinlik çəkdiyini, lakin 20 gün sonra ədalətli istintaq aparılması tələbi ilə Paşinyana məktub vermək üçün İrəvana gedəcəyini bildirir.

Xatırladaq ki, yeni il gecəsi müqaviləli hərbi qulluqçu Edqar Qriqoryan aldığı odlu silah yarasından ölsə də, bu barədə Ermənistan Müdafiə Nazirliyi, İstintaq Komitəsi hər hansı məlumat yaymayıb. Edqar Qriqoryan 5 ayın müqaviləli hərbi qulluqçusu, ailənin yeganə oğlan övladı olmaqla yanaşı, özünün də 3 azyaşlı uşağı var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  


Bizi "telegram"da izləyin