İki nəfərə sui-qəsd edən erməni hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb

2019/04/00-12-1554103133.jpg
Oxunub: 13366     11:14     01 Aprel 2019    
Ermənistanın “N” saylı hərbi hissəsində iki hərbi qulluqçuya qarşı sui-qəsd törətmiş sıravi əsgər A.Q. ilə bağlı cinayət işi açılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən hadisə bu il martın 26-sı saat 18:30 radələrində baş verib.

Hadisə zamanı Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin keçmiş hərbi şəhərciyi ərazisində müddətli xidmət hərbi qulluqçuları kiçik çavuş Ara Qevorki Arakelyanı ölümcül, kiçik çavuş Andranik Komitasi Koçkayanı isə sol biləyindən odlu silahla yaralaması faktı üzrə 3-cu qarnizon istintaq şöbəsində aparılan ilkin araşdırma materialları əsasında müddətli xidmət hərbi qulluqçusu, sıravi əsgər A.Q barəsində cinayət işi açılıb.

Onun həbs edildiyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  


Bizi "telegram"da izləyin