Ordu.az xəbər verir ki, bu barədə Vyanada baş tutan Əliyev-Paşinyan görüşünü şərh edən ictimai-siyasi xadim Karen Bekaryan öz "Facebook" səhifəsində yazıb.
O, görüşdən sonra ortaya çıxan sualların az olmadığını deməklə, onları sadalayıb.
"Görüş faktı və həmsədrlərin müsbət bəyanatı alqışa layiqdir. Danışıqlar davam edir, istənilən danışıq daha yaxşıdır, nəinki... Müsbət fikirlər, faktiki olaraq formalaşacaq-formalaşan humanitar məsələlərlə bağlı müsbət proseslər və s. var. Lakin Vyanada faktiki olaraq Vyana və Sankt Peterburq razılaşmaları deyilən sənədə birbaşa istinad edilməsi dəfn olundu. Bununla yanaşı ortaya çıxan suallar da az deyil.
1. Paşinyan yalnız Ermənistan adından danışmağa nail oldu?
2. Qarabağın (qondarma qurum-red.) danışıqlar masasına layiqli qayıdışı barədə hər hansı söz və ya kəlmə oldumu?
3. Paşinyanın danışıqlar masasındakı mövcud prinsiplərdən və elementlərdən razı qaldığını demək olarmı? Bu məsələ qapalı vəziyyətdə nəzərdən keçirilirmi?
4. Danışıqların nəticəsini Əliyev də Paşinyanın dediyi kimi açıqlayacaqmı?
Problemlərin sayını artırmaqa ilkin dəyərləndirmə artıq məlumdur", - deyə o qeyd edib.
Xatırladaq ki, dünən Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Hər ikisi də görüşün nəticələrini müsbət qiymətləndiriblər. ATƏT-in Minsk Qrupu həmsədrləri öz bəyanatlarında qeyd ediblər ki, görüş müsbət və konstruktiv şəraitdə keçirilib.
Alpər Mövludoğlu
Ordu.az