Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, hüquq mühafizə orqanlarının nümayəndələrinə baş verənlərlə heç bir əlaqəsinin olmadığını bildirib.
Lakin əldə edilən məlumatlara əsasən generalın oğlu qiyamı qaldıran əsas 5 nəfərdən biri olub və digərlərindən fərqli olaraq hərbi hissəni tərk etməyib. Bu məqam hələki hüquqi cəhətdən sübut edilməsə də, iş üzrə araşdırma davam edir. Reallığı bildirən və qorxmayan hələ çox adam dindiriləcək.
Bundan başqa elə erməni əsgərlər olub ki, dindirilsələr də, məlum səbəblərə görə generalın oğlunun adını verməyiblər. Əslində isə dünən Ermənistan ordusunun Baş Qəraragah rəisi Artak Davtyanın “Yayılanlar düzgün məlumatlar deyildi, qeyd edilən hadisədə generalın övladının hər hansı iştirakı olmayıb” deyə bəyanat verməsi nəzərə alınıb.
Alpər Mövludoğlu
Ordu.az