Aşotyandan Paşinyana: "Əliyev tərəfindən müsbət dəyərləndirmə nə ilə bağlıdır?"

2019/03/Armen-1553942844.jpg
Oxunub: 28034     15:45     30 Mart 2019    
"Həmsədrlər və Ermənistan Baş naziri administrasiyasının yaydığı bəyanatlar arasında ən azı iki əhəmiyyətli məzmun fərqi var"

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın Respublikaçılar pariyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində Vyanada martın 29-da baş tutan Əliyev-Paşinyan görüşünə münasibət bildirərkən yazıb.

"Əliyev-Paşinyan arasında keçirilən görüşə münasibət:

1. Qarabağın (qondarma qurum-red.) danışıqlar tərəfi olması barədə Paşinyanın vədinə dair hər hansı bir əlamət yoxdur.
2. Həmsədrlər və Ermənistan Baş naziri administrasiyasının yaydığı bəyanatlar arasında ən azı iki əhəmiyyətli məzmun fərqi var.
3. Yenə də Vyana, Sankt-Peterburq və Cenevrə razılaşmalarının yerinə yetirilməsinin zəruriliyi barədə xatırlatma yoxdur.
4. Nizamlama prinsipləri barədə xatırlatma yoxdur. Nizamlama üzrə 3 prinsip və 6 elementin aydınlaşdırılması zərurəti üzrə Xankəndində verilən vədlər nə oldu, anlaşılan deyil.
5. Əliyev tərəfindən müsbət dəyərləndirmə nə ilə bağlıdır...?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin