“Joğovurd”: Meğri hadisələri ilə bağlı general Tavaratsyanın oğlu dindirilib

2019/03/56756-1553930514.jpg
Oxunub: 9551     12:05     30 Mart 2019    
Meğridəki hərbi hissədə baş verən hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin generalı Qenadi Tavaratsyanın oğlu dindirilib və hüquq mühafizə orqanlarının nümayəndələrinə bildirib ki, baş verən hadisə ilə əlaqədar onun heç bir əlaqəsi yoxdur.

Ordu.az “Joğovurd”a istinadən xəbər verir ki, onun sözlərinə baxmayaraq əldə edilən məlumatlarda generalın oğlunun qiyamı qaldıran əsas 5 nəfərdən biri olduğu iddia edilir.

Lakin onlardan fərqli olaraq, general oğlu hərbi hissəni tərk etməyib. Bu məqam hələki hüquqi cəhətdən sübut edilməyib və iş üzrə araşdırma davam edir. Reallığı bilən və qorxmayan hələ çox adam dindiriləcək.

Bundan başqa elə əsgərlər olub ki, dindirilsələr də, məlum səbəblərə görə generalın oğlunun adını verməyiblər. Əslində isə dünən erməni ordusunun Baş Qərargah rəisi Artak Davtyanın “yayılanlar düzgün məlumatlar deyil, qeyd edilən hadisədə generalın övladının hər hansı iştirakı olmayıb” deyə bəyanat verməsi nəzərə alınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meğri   Hərbi-hissə   Etiraz  


Bizi "telegram"da izləyin