"Çevirilişdən sonra Ermənistan ordusunda heç bir şey dəyişməyib" - Sakunts

2019/03/arthu-1553847984.jpg
Oxunub: 3217     16:56     29 Mart 2019    
"General balasının Meğridəki hərbi hissədə necə peyda olduğuna dair suallar ortaya çıxır. Bu cür hallar cəmiyyətə açıqlanmalıdır və gələcəkdə baş verməsinin qarşısı alınmalıdır".

Ordu.az xəbər verir ki, bu sözləri Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts "Gala TV"nin verilişlərdən birində Meğridəki hərbi hissədə baş verən hadisələrə toxunarkən deyib.

Onun fikrincə, Meğridəki hərbi hissədə baş verən hadisənin tam bir başlanğıc tarixcəsi var.

"Bu himayəli adamların olmasından irəli gəlir. Məlum oldu ki, qızışdıranlar içərisində general balasının böyük rolu olub, amma bu bir günün işi deyil. Manqa komandirindən başlamış korpus komandirinədək olan səviyyədə, ortaya çıxa biləcək problemlərdən ehiyatlanaraq vaxtında görüləcək iş həyata keçirilməyib", - deyə o bildirib.

Sakunts qeyd edib ki, hər şeydən əvvəl hərbi hissədə nizam-intizam və bərabər yanaşma olmalı idi. O hesab edir ki, komandirlər bu barədə məlumatlı olduğu halda nizam-intizam pozulub və komandir heyəti məsuliyyətə cəlb edilib.

"General balasının Meğridəki hərbi hissədə necə peyda olduğuna dair suallar ortaya çıxır. Bu cür hallar cəmiyyətə açıqlanmalıdır və gələcəkdə baş verməsinin qarşısı alınmalıdır. İlk növbədə daxili qayda-qanun bərqərar olmalıdır. Bununla yanaşı hərbi ombudsman institutu yaradılmalıdır", - deyə o vurğulayıb.

Ermənistanda baş verən çevrilişdən sonra orduda qarşılıqlı münasibət qaydalarında hər hansı yeniliyin baş verib-verməməsinə gəldikdə isə Sakunts heç bir şeyin dəyişmədiyini əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meğri   Hərbhi-hissə   Qalmaqal  


Bizi "telegram"da izləyin