Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda baş vermiş aprel inqilabında həlledici rol oynamış sülhməramlı briqadanın hərbi qulluqçuları (məlumatlara görə, Serj Sarkisyan sülhməramlıların küçəyə çıxmasından sonra istefa verib) inqilabadək 126 min dram (440 AZN) alıblar.
2019-cu ilin əvvəlində isə məlum olub ki, əmək haqqı 20 min dram (70 AZN) azalıb. Erməni sülhməramlılar artıq 3-cü aydır ki, 106 min dram (370 AZN) maaş alırlar. Bunun səbəbini araşdıran sülhməramlılara məlum olub ki, həmin 20 min əmək haqqı tərkibi yox, əlavə ödənişlər olub. Bildirilib ki, erməni büdcəsi tərtib edilərkən, kimsə illərdir ödənilən həvəsləndirmə bəndini qeyd etməyi unudub.
Ermənistan Müdafiə Nazirliyi etiraz edən sülhməramlılara səbr etməyi və məsələnin tezliklə həll ediləcəyini bildirib. Lakin məlum olduğu kimi, məsələ bugünədək həll edilməyib və hər sahədə olduğu kimi, bunun da hərbi sahədə aparılan qənaət proqramının tərkib hissəsi olduğunu vurğulayıblar.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan ezamiyyətdə olduğundan məlumat əldə etmək mümkün olmayıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevork Altunyan isə bildirib ki, yalnız yazılı müraciət edə bilərlər.
Qeyd edək ki, erməni KİV-ləri Ermənistanın yeni hakimiyyətinin şou göstərərək briqada komandirini kirayəyə götürdüyü barədə yazırdı. Belə ki, həmin vaxt Paşinyanın təqdimatı ilə Armen Sarkisyan milli təhlükəsizlik xidmətinin sərhəd qoşunları komandanı vəzifəsinə briqadanın sabiq komandiri Vağinak Sarkisyanı təyin etdi. Briqadanı isə 126 min dramlıq əmək haqqından 20 min drama qədər azaldaraq onsuz da kirayəlik ediblər.
Alpər Mövludoğlu
Ordu.az