Tonoyan ABŞ-da silah satışından öncə kreditləri müzakirə edəcək – EKSPERTLƏR

2019/03/00-10-1553777481.jpg
Oxunub: 10120     15:43     28 Mart 2019    
Bu həftə Ermənistanın Müdafiə naziri Davit Tonoyan tərəfindən Amerikada ABŞ və Ermənistan arasında müdafiə sahəsindəki əməkdaşlığın səviyyəsi müzakirə ediləcək. Ermənistan Müdafiə nazirinin səfəri son 15 ildə erməni sülhməramlılarının və xilasedicilərinin hazırlandığı Kanzas ştatından başalayacaq.

Amerikaşünas Suren Sarkisyan Davit Tonoyanın ABŞ-a səfəri ilə bağlı erməni KİV-lərinə verdiyi müsahibəsində qeyd edib ki, erməni-amerika münasibətlərində son dövrlərdə heç bir dəyişiklik olmayıb. O, Kanzas proqramı çərçivəsində ştatın rəhbərliyi və MN arasındakı əməkdaşlığın 15 ildir davam etdiyini qeyd edib.


Sarkisyanın sözlərinə görə, erməni hərbçilər uzun zaman bu əməkdaşlıq çərçivəsində orda təhsil alıblar, qarşılıqlı səfərlər baş tutub: Bu, hərbi əməkdaşlıq sahəsi baxımından olduqca əhəmiyyətli olsa da, çox təssüf ki, son illərdə bu əməkdaşlıq dərinləşdirilməyib”.

O qeyd edib ki, BMT-nin eyni adlı tədbirində Azərbaycan Müdafiə naziri də iştirak edəcək. Sarkisyan Ermənistan-ABŞ hərbi əməkdaşlığında Ermənistana Amerika silahlarının satılmasının da digər bir perspektivli sahə ola biləyini iddia edib. O, bunun mümkün olmasını ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvana səfəri çərçivəsində dedikləri ilə əsaslandırmağa çalışıb.

“İndiki məqamda belə bir gözlənti ola bilərmi?” sualına Sarkisyan cavab olaraq bildirib ki, müxtəlif səbəblərdən Ermənistanın Amerikadan silah alma imkanının olmadığını düşünür.

İlk növbədə ABŞ-ın münaqişə tərəflərinə silah satmadığını xatırladan Sarkisyan Boltonun bəyanatına gəldikdə ABŞ-ın bölgədə balansı qorumaq üçün hər iki tərəfə silah satmalı olacağını vurğulayıb. O, həmçinin Amerika-Azərbaycan arasında hərbi əməkdaşlığa mane olan 907-ci düzəlişi də ifadə edib.

“İki ölkə arasında hərbi əməkdaşlığı genişləndirmək və ya silah alverini həyata keçirmək üçün ya bu düzəliş ləğv edilməli, ya da başqa mexanizmlər tapılmalıdır. Lakin qanunu dəyişmək üçün Konqresə müraciət etmək lazımdır, nümayəndələr palatasında isə ABŞ prezidentinin tərəfdarları say çoxluğu təşkil etmir. Ermənistana gəldikdə isə Rusiya silahı ilə müqayisədə ABŞ silahı Ermənistan üçün daha bahalıdır. Ona görə də Ermənistanın Amerikadan böyük həcmdə silah, texnika alması imkanları və vəsaitinin olduğunu düşünmürəm”, - deyə Sarkisyan əlavə edib.


Ermənistanda insan resurslarının inkişafı üzrə beynəlxalq mərkəzin sədri Tevan Poğosyan isə Tonoyanın BMT-də çıxış etməsini bu təşkilatın mandatı, himayəsi altında Livan və Malidə sülhməramlı missiya həyata keçirməsi ilə əlaqələndirib.

Təbii olaraq belə tədbirlər keçirildikdə, yeni imkan və tələbləri öyrənmək üçün iştirakçı ölkələrin Müdafiə nazirləri də iştirak etməlidr. Boltonun İrəvanda silah satışı ilə bağlı bəyanatına gəldikdə isə Poğosyan qeyd edib ki, əsas məsələ silahı almaq yox, onu istismar etmək qabiliyyətidir. Buna uyğun mütəxəssislər olmalıdır. O hesab edir ki, ümumiyyətlə silah büdcəsi konkret bir qurğunun dəyəri demək deyil.

Onun fikrincə, Bolton Amerikanın maraqları baxımından bu gün bir, sabah isə başqa bir şey deyə bilər. Poğosyan hesab edir ki, Ermənistan qarşısında duran çağırışlar və strategiyası baxımından hərəkət etməli, hər hansı imkan varsa, bundan yararlanmalıdır.

“Ermənistanın Rusiyadan başqa digər dövlətlərdən silah əldə etməsi ilk hal deyil, əgər buna zərurət və imkan varsa, nəzərdən keçirmək, öyrənmək olar. Ancaq bunun öyrənilməsi sabah qərar verib, o biri gün silah alınması mənasını daşımır. Öncə öyrənməli, müqayisə etməli, daha sonra bu müqayisə ilə qarşında duran çağırışlar əsasında qərar qəbul etməlisən”, - deyə Poğosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   Silah-satışı   Kredit  


Bizi "telegram"da izləyin