Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə nazirinin yeni müşaviri Aşot Balasanyan yüksək vəzifəli şəxslərin etikası komissiyasına 2019-cu ildə vəzifəni qəbul edərkən əmlak varlığı barədə bəyannamə təqdim edib.
Ermənistan Müdafiə nazirinin yeni təyin edilən müşaviri Aşot Balasanyanın yüksək vəzifəli şəxslərin etikası komissiyasına 2019-cu ildə vəzifəni qəbul edərkən əmlak varlığı barədə təqdim etdiyi və rəsmi saytda yerləşdirilən bəyannaməsinə görə, onun bir fərdi evi, həmçinin “Toyota 4 Runner 4.0” markalı avtomobili var.
Bəyannamə verən vəzifəli şəxsin həmin məqamda maddi vəsait varlığı 2 000 000 dram təşkil edib. Aşot Balasanyanın vəzifə səlahiyyətlərini qəbul etdiyi ilin 1 yanvar tarixinə olan məlumatına əsasən gəlirləri 990 000 dram təşkil edib. Qeyd edilən gəlirlər əmək haqqından əldə edilib.
Əlavə edək ki, Aşot Balasanyan Ermənistan Müdafiə nazirinin müşaviri vəzifəsinə bu il martın 5-də təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az