Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 19:00 radələrində Ararat vilayətinin Artaşat şəhər inzibati ərazindəki İrəvan-Yerasx yolunda Ararat şəhər sakini 24 yaşlı Qriqor Kerimyan idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun icazə verilməyən hisssindən keçən piyada, Ararat vilayət Vostan kənd sakini, 63 yaşlı Edvard Arşakyanı vurub.
63 yaşlı piyada Edvard Arşakyan Artaşat şəhər xəstəxanasına təxliyyə edilsə də, orada ölüb.
Bildirilir ki, 24 yaşlı Qriqor Kerimyan Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edən müqaviləli xidmət hərbi qulluqçusudur.
Yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az