Ordu.az "Nuhçıxan" saytına istinadən xəbər verir ki, Ali Məclisin Sədri vurğulayıb ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 1992-ci ildə işğal olunmuş Günnüt kəndini və ətraf əraziləri, ümumilikdə 11 min hektar torpaq sahəsinə nəzarəti qaytarıb, ön xətdə və dayaq məntəqələrində etibarlı müdafiə sistemi yaradılıb.
Muxtar respublikadakı ordu, birləşmə və hissələrin müasir xidmət şəraiti ilə təmin olunması sahəsində tədbirlər də davam etdirilib, yeni xidmət və yaşayış kompleksləri istifadəyə verilib.
Ordu.az