Ordu.az xəbər verir ki, bu barədə amerikalı ekspert Castin Linç araşdırma edib.
Onun sözlərinə görə, ABŞ-ın kiber araşdırma mərkəzləri ölkə ərazisinə səpələnib və əsasən balaca şəhərlərdə yerləşir. Bu isə müştərək irimiqyaslı araşdırmalar aparmağı çətinləşdirir. Linç qeyd edib ki, Pentaqon kiber innovasiya sahəsində geridə qalmaq istəmirsə, bütün tədqiqat bölmələri və göstərilən səyləri vahid mərkəzdə birləşdirməlidir.
Bundan əlavə, ictimai infrastrukturların azlığı, professional işçilər tapılmasında çətinliklər, özəl tədqiqat universitetlərinin azlığı da texnologiya innovasiyalarını gecikdirən səbəblərdəndir.
Ağalar Ağalarlı
Ordu.az