"Qarabağ məsələsi gözləyə bilməz, onu arxa sürmələrə atmaq olmaz" - Zatulin

2018/11/15552-1543568848.jpg
Oxunub: 4496     13:05     30 Noyabr 2018    
"Hesab edirəm ki, Ermənistandakı seçkilər nəzərə alınıb. Qarabağ məsələsi gözləyə bilməz və onu arxa sürmələrə atmaq olmaz".

Ordu.az xəbər verir ki, bu sözləri jurnalistlərə verdiyi açıqlamada RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini, MDB ölkələri institutunun rəhbəri Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, KTMT-nin Baş katibi məsələsi qeyri-standart vəziyyətdədir, çünki bu təşkilatın nizamnaməsində nəzərdə tutulmamış bir haldır.

"Əsanamənın nizama salınması məhz bu faktdan sonra həyata keçiriləcək. Mən KTMT əməkdaşı deyiləm, təyinatla bağlı hər hansı bir əlaqəm yoxdur. Siz yaranmış vəziyyəti bilirsiz. Yuri Xaçaturovu geri çağırdıqdan sonra onun əvəz edilməsi zərurəti meydana çıxdı. Əldə olunan razılığa əsasən dekabrın 6-da məsələ müzakirə ediləcək. KTMT rəhbərlərinin hansı qərarı qəbul edəcəklərini demək çətindir. Mən kimin KTMT-yə Baş katib seçilməsinin doğru, kimin yanlış ola biləcəyini deməklə odun üzərinə yağ tökmək istəməzdim”, - deyə Zatulin bildirib.

O qeyd edib ki, inqilab adlandırılan, Ermənistanda baş verən hadisələr yalnız ölkə daxilində yox, həm də ölkə xaricində bir sıra məlumatların meydana çıxmasına zəmin yaradıb.

Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən Zatulin, "Hazırda münaqişənin həll edilməsi üzrə əsas götürülən hər hansı mərhələ varmı?" deyə fikir səsləndirdikdən sonra əlavə edib: "Fasilə götürülüb. Mən bunun nə qədər haqlı olub-olmadığını bilmirəm. Hesab edirəm ki, Ermənistandakı seçkilər nəzərə alınıb. Qarabağ məsələsi gözləyə bilməz və onu arxa sürmələrə atmaq olmaz".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   KTMT  


Bizi "telegram"da izləyin